“Otokar” şirkətinin “Cobra II” ailəsi IDEX-2023-də maraqla qarşılanır

“Otokar” şirkətinin “Cobra II” ailəsi IDEX-2023-də maraqla qarşılanır

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə keçirilən IDEX-2023 sərgisində “Otokar” şirkəti özünün “Cobra II” ailəsini ziyarətçilərə təqdim edir.

“Poliqon” xəbər verir ki, sərgidə şirkətin “Cobra II” zirehli döyüş maşın ailəsi ziyarətçilər tərəfindən xüsusi maraqla qarşılanıb.

Ziyarətçilər şirkət nümayəndələri tərəfindən bu zirehli döyüş maşınları barəsində ətraflı məlumat alıb, sərgilənən “Cobra II”lər ilə yaxından tanış olublar.

Cobra II MRAP

“Otokar” şirkəti “Cobra II” minaya qarşı qorumalı nəqliyyat vasitəsini (MRAP) ilk dəfə 2021-ci il 21-25 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabi şəhərində keçirilmiş IDEX-2021 beynəlxalq müdafiə sərgisində nümayiş etdirib. Şirkət mütəxəssislərinin sözlərinə görə, “Cobra II” MRAP-ın hazırlanmasında “Otokar” nəqliyyat vasitələri sahəsindəki 35 ilə yaxın təcrübə və məlumat bazasınından istifadə edib. Yeni nəsil “Cobra II” MRAP yüksək ballistik müdafiə ilə yanaşı heyəti mina partlayışlarından qoruması ilə önə çıxır.

Şirkət bu nəqliyyat vasitəsinin digər MRAP-lardan fərqli olaraq daha yüksək manevr qabiliyyətinə malik olduğunu bildirib. MRAP çox sayda heyətin daşınması üçün dizayn edilib. “Cobra-II” MRAP riskli ərazilərdə heyətin etibarlı mühafizəsini təmin edir. Zirehli maşın heyəti ballistik təhdidlərdən, o cümlədən mina, əldəqayırma partlayıcı qurğu (ƏPQ) təhlükələrindən qoruyur. Habelə bunu edərkən “Cobra-II” zirehli maşını ilə oxşar manevr və komfort parametrlərini özündə saxlayır. Nəqliyyat vasitəsinin alt hissəsi mina əleyhinə yüksək müdafiə sistemi ilə təchiz olunub. Bunun sayəsində MRAP istifadəçiyə modulyar qurluşu və istismar qabiliyyətini itirmədən mina partlayışından üstün mühafizə təmin edir.WhatsApp Image 2023 02 21 at 12.48.12

Modulyar dizayndan əlavə, sahib olduğu yüksək daşıma tutumu və daxili genişliyi “Cobra II” MRAP-a fərqli silah sistemlərinin və xidmət avadanlıqlarının inteqrasiyasına şərait yaradır. Müxtəlif tərtib variantlarıyla 11 nəfərə qədər heyət daşıya bilən nəqliyyat vasitəsi, istifadəçinin istəklərinə görə, 3 və 5 qapılı olaraq konfiqurasiya edilə bilər. “Cobra II” MRAP-ın döyüş ağırlığı 18 ton, korpusunun uzunluğu 6350 mm, eni 2750 mm, hündürlüyü 2650 mm, klirensi 450 mm-dir. Avtomatik sürət qutusuna sahib zirehli texnika 360/375/400 at gücündə turbodizel mühərriklə təchiz edilir. NATO standartlarına uyğun 24 ekektron volt sistemi və partlamış halda hərəkət imkanı verən 14.00 R20 xüsusiyyətli təkərlə dəstləşdirilib. Diferensial kilid və müstəqil asqı sistemi çətin keçilən ərazilərdə “Cobra II” MRAP-a asanlıqla hərəkət etməyə şərait yaradır. Soldan idarəetməli hidrovlik dəstəkli, tənzimlənə bilən sükanla təchiz edilən zirehli nəqliyyat vasitəsini sağdan idarəetməli olaraq sifariş vermək mümkündür.

Maksimal sürəti 110 km/saat, gediş ehtiyatı 700 km təşkil edən “Cobra II” MRAP 1 metr dərinlikdə su maneələrini, 1 metr enində xəndəkləri, 0.6 metr hündürlüyündə dik maneələrini dəf edə bilir. Habelə 30% yana maili və 60% yüksək maili hərəkət qabiliyyətinə sahibdir.

Cobra II

WhatsApp Image 2023 02 21 at 12.47.59“Otokar”ın mövcud 4×4 “Cobra” zirehli maşınlarının bazasında hazırladığı və ilk nümunəsi 2013-cü ildə təqdim olunan “Cobra II” daha üstün texniki-taktiki xüsusiyyətləri, gücləndirilmiş mina partlayışına qarşı mühafizəsi, balistik mühafizəsi və geniş daxili həcmi ilə sələfindən fərqlənir. Sürücü və komandir daxil 10 heyət daşıyan, yüksək keçicilik və mühafizə qabiliyyətinə malik “Cobra II” çətin ərazi və iqlim şərtlərində üstün performans təmin edir.

Türkiyə Silahlı Qüvvələrinin və müttəfiq ölkələrin tələbləri əsasında, gələcək ehtiyacların qarşılanması məqsədi ilə yaradılan “Cobra II” müasir texnoloji və taktik xüsusiyyətlərə malik modulyar platformadır. Geniş çeşiddə silah inteqrasiyası və təchiz olunduğu sistemlər sayəsində “Cobra II” sərhəd mühafizəsi, daxili təhlükəsizlik əməliyyatlarından sülhyaratma missiyalarınadək çox sayda tapşırıqlarda yer ala bilir.

“Otokar” şirkəti “Cobra II” zirehli nəqliyyat vasitəsini personal daşıyıcı, silah platforması, KBRN, sərhəd təhlükəsizlik maşını, daxili təhlükəsizlik maşını, ambulans, komanda-nəzarət və s. konfiqurasiyalarda təklif edir. İstifadəçinin seçimindən asılı olaraq zirehli maşının amfibiya versiyası da təqdim olunur. 2015-ci ildə körfəz ölkələrindən birində isti iqlim və amfibiya testlərinə cəlb olunan maşın minlərlə kilometr yol qət edərək, açıq dənizdə üzmə testlərini uğurla tamamlayıb.

Poliqon.az

CATEGORIES
TAGS