HavaXəbərlər

Pakistan HDQ “Taimoor” qanadlı raketinin atış sınağını keçirib

Pakistan Hərbi Dəniz Qüvvələri (HDQ) yerli istehsal olan “Taimoor” qanadlı raketinin atış sınağını həyata keçirib.

“Poliqon” Pakistan HDQ-yə istinadən xəbər verir ki, “hava-səth” tipli “Taimoor” qanadlı raketi sınaq zamanı uzun məsafələrdə yüksək dəqiqlikli zərbə qabiliyyətini və əməliyyat hazırlığını uğurla nümayiş etdirib.

Bildirilib ki, sözügedən raket Pakistan HDQ-nin çoxölçülü zərbə imkanlarını daha da gücləndirir.

“Taimoor” raketi 600 km mənzil daxilində düşmənin həm quru, həm də dəniz hədəflərini yüksək dəqiqliklə məhv etmək qabiliyyətinə malikdir. O, konvensional (adi) döyüş başlığı daşıyır. Müasir naviqasiya və yönləndirmə sistemləri ilə təchiz olunan “Taimoor” çox aşağı hündürlükdə uçuş üçün dizayn edilib. Bu xüsusiyyət raketin hava hücumundan və raketdən müdafiə sistemlərindən yayınmasına, həmçinin düşmən radarlarına daha az görünərək hədəfə zərbə endirməsinə imkan verir.

Back to top button