Xəbərlər

Pakistan HHQ-nin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Pakistan Hərbi Hava Qüvvələrinin (HHQ) Aviasiya vitse-marşalı Tariq Ziyanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 15-də Azərbaycana səfər edəcək.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan və Pakistan HHQ-i arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək, əməkdaşlığın müxtəlif sahələrinə dair təqdimatlar veriləcək.

Poliqon.az

Back to top button