Pakistan “Şahin-1A” ballistik raketinin sınağını keçirib – VİDEO

Pakistan “Şahin-1A” ballistik raketinin sınağını keçirib – VİDEO

Pakistan “Shaheen-1A” (“Şahin-1A”) adlı “səth-səth” tipli ballistik raketinin sınağını keçirib.

Bu barədə “Poliqon” Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Mərkəzinə (İSPR) istinadən məlumat verib.

Məlumatda bildirilib ki, 900 kilometr atış mənzillinə malik ballistik raketin sınağı uğurlu nəticələnib. Test atışı ilə “Şahin-1A” ballistik raketinin inkişaf etmiş naviqasiya sistemi daxil olmaqla, dizayn və texniki parametrləri yenidən təsdiqlənib.

Poliqon.az

CATEGORIES
TAGS