Pakistanda keçirilən IDEAS-2022 sərgisi başa çatıb

Pakistanda keçirilən IDEAS-2022 sərgisi başa çatıb

Pakistanın Karaçi Ekspo Mərkəzində keçirilən IDEAS-2022 11-ci Beynəlxalq Müdafiə Sərgisi və Seminarı (IDEAS) öz işini başa çatdırıb.

“Poliqon” xəbər verir ki, sərgidə beş yüzdən çox yerli və beynəlxalq nümayəndə iştirak edib.

Həmçinin IDEAS-2022 sərgisi zamanı 32 ölkədən 300-ə yaxın eksponent özünün ən son və innovativ məhsullarını nümayiş etdirib, bir sıra vacib müqavilələr imzalanıb.

Sərgiyə Azərbaycan Müdafiə Sənayesi naziri Mədət Quliyevin, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun rəhbərlik etdiyi nümayəndə heyətləri də qatılıb.

Qeyd edək ki, 10 ilə yaxındır IDEAS-ın Rəsmi Media Tərəfdaşı olan POLİQON jurnalı sərgidə öz stendi ilə təmsil olunub.

Poliqon.az

CATEGORIES
TAGS