Pentaqon Ukraynaya “Patriot” ZRK daxil olmaqla xeyli sayda silah-texnika göndərir

Pentaqon Ukraynaya “Patriot” ZRK daxil olmaqla xeyli sayda silah-texnika göndərir

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya yeni hərbi yardım çərçivəsində “Patriot” zenit-raket kompleksi (ZRK) daxil olmaqla xeyli sayda silah-texnika tədarük edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, bir batareya “Patriot” ZRK-nin və sursatlarının Ukraynaya çatdırlmasını nəzərdə tutan hərbi yardım paketinin ümumi dəyəri 1.85 milyard ABŞ dolları təşkil edir.

Pentaqon rəsmisi vurğulayıb ki, “Patriot” ZRK-ni Ukrayna Silahlı Qüvvələrinə verməkdə məqsəd ölkənin hava məkanın təhlükəsizliyinin təmin olunmasına şərait yaratmaq, düşmənin döyüş təyyarələrini, qanadlı və ballistik raketlərini zərərsizləşdirməkdir.

“Patriot” ZRK-dən başqa hərbi yardım paketinə aşağıdakılar daxildir:

  • HIMARS yaylım atəşli reaktiv sistem üçün əlavə sursatlar;
  • 500 ədəd 155 mm-lik idarə olunan artilleriya mərmisi;
  • 10 ədəd 120 mm-lik minaatan sistemi və 10 min ədəd 120 mm-lik mərmi;
  • 10 ədəd 82 mm-lik minaatan sistemi;
  • 10 ədəd 60 mm-lik minaatan sistemi;
  • 37 ədəd “Cougar” minaya qarşı davamlı nəqliyyat vasitəsi (MRAP);
  • 120 ədəd HMMWV (High Mobility Multipurpose Wheeled Vehicle) avtomobili;
  • 6 ədəd zirehli yük maşını;
  • Yüksək sürətli radiasiya əleyhinə raketlər;
  • Hava hücumundan müdafiə vasitələri üçün sursatlar;
  • 2700 ədəd qumbaraatan və atıcı silah;
  • “Claymore” piyada əleyhinə mina;
  • Gecəgörmə və optik cihazlar;
  • Taktiki təhlükəsiz rabitə sistemləri;
  • Zirehli gödəkçələr və digər sahə avadanlıqları;
  • 45 min ədəd 152 mm-lik və 20 min ədəd 122 mm-lik artilleriya mərmisi;
  • 50 min ədəd 122 mm-lik “Qrad” raketi;
  • 100 min ədəd 125 mm-lik tank sursatı;
  • Peyk əlaqəsi xidməti;
  • Təlim, təmir və texniki dəstək.

Poliqon.az

CATEGORIES
TAGS