
POLİQON (AZERİ DEFENCE) jurnalının 3 (53) 2021 sayı
POLİQON jurnalının May – İyun 2021-ci il tarixli 3 (53) sayı çapdan çıxıb.
“Poliqon” jurnalının yeni sayında general-polkovnik Məhərrəm Əliyev, general-mayor Məhərrəm Həsənov və Aselsan şirkətinin direktoru Haluk Görgündən maraqlı müsahibələr, o cümlədən Müharibədən sonra zirehli nəqliyyat vasitələrinin istehsalına baxış, Regional fokus: Özbəkistanın müdafiə sənayesi, Multikaliber yaylim atəşli reaktiv sistemlər, MILEX-2021 sərgisində diqqət çəkən yeniliklər, HAVELSAN-ın Şəhər Ərazisində Hərbi Əməliyyat Təlim Mərkəzi, MilSOFT Yeni Nəsil Döyüş İdarəetmə Sistemi ‑ Mil‑CMS və digər başlıqlı yazılar yer alıb.
Jurnalımıza “Azərmətbuatyayım” ASC, “Kaspi Mətbuat Yayım” MMC, “Səma Mətbuat Yayım” MMC, “Azərpoçt”, “Qaya Mətbuat Yayım” MMC, “Ziya LTD” və “İnterpress” mətbuat yayım şirkətləri vasitəsi ilə, yaxud redaksiyanın özü ilə birbaşa müqavilə bağlamaqla abunə ola bilərsiniz.