Polşa ilk “Apache” helikopterlərini gəlin il təhvil alacaq
Polşa Silahlı Qüvvələri AH-64E “Apache” helikopterlərinin ilk partiyasını gəlin il təhvil alacaq.
“Poliqon” xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak özünün “Twitter” hesabında paylaşım edib.
O bildirib ki, Polşalı hərbi qulluqçuların “Apache” helikopterləri ilə bağlı ABŞ-da keçiriləcək təlimləri bu il başlayacaq.
Qeyd edək ki, ağır döyüş helikopteri olan AH-64E “Apache” ABŞ-ın “Boeing” şirkəti tərəfindən istehsal edilir.