Polşa Ukraynanın “Leopard” tanklarını təmir edir

Polşa Ukraynanın “Leopard” tanklarını təmir edir

Ukrayna “Leopard” tanklarını təmir edilməsi üçün Polşaya göndərib.

“Poliqon” “Polska Grupa Zbrojeniowa” (PGZ) konserninə istinadən xəbər verir ki, “Leopard”lar Polşanın Bumar şəhərindəki xidmət mərkəzində təmir olunacaq.

Konsernin əməkdaşları tankların texniki vəziyyətini qiymətləndirdikdən sonra təmir işlərinə başlanacaq.

Qeyd edək ki, bu, Ukraynanın Polşaya təmir üçün göndərdiyi ilk tank partiyası deyil. Bundan əvvəl, cari ilin oktyabr ayında “Leopard 2” tanklarının birinci partiyası Polşada təmir edilərək Ukraynaya göndərilib.

CATEGORIES