Xəbərlər

Prezident: Azərbaycan ilə Belarus arasında hərbi sahədə əməkdaşlıq çox yaxşı nəticə verir

Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlıq çox yaxşı nəticə verir.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Belarusun müdafiə naziri Viktor Xrenini qəbul edərkən bildirib.

Prezident İlham Əliyev Azərbaycan və Belarusun bütün başqa istiqamətlər üzrə də bundan sonra fəal əməkdaşlıq edəcəyini və bir-birilərini dəstəkləyəcəyini vurğulayıb.

“Dediyim kimi, ölkələrimiz arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlıq qədim tarixə malikdir və çox yaxşı nəticələr verir. Buna görə, əminəm ki, sizin həmkarlarınızla diskussiyalar, fikir mübadiləsi bu sahədə qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi işində faydalı olacaq”, – deyə İlham Əliyev qeyd edib.

Poliqon.az

Back to top button