Prezident İlham Əliyev: Pakistandan alınan məhsullar Azərbaycanın hərbi potensialını gücləndirir

Azərbaycan və Pakistan arasında əməkdaşlıq uğurla inkişaf edir. Biz müdafiə və müdafiə sənayesi sahələrində çox yüksək səviyyəli tərəfdaşlıq nümayiş etdiririk.
“Poliqon” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-də Pakistanın Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanı qəbul edərkən deyib.
“Sizin bizim ölkəmizə səfəriniz bunun daha bir göstəricisidir. Biz Pakistanın müdafiə sənayesi məhsullarına çıxışımız olduğuna görə məmnunuq. Bildiyiniz kimi, biz bu məhsulları alırıq, bu da bizim hərbi potensialımızı gücləndirir.
Düşünürəm ki, qarşıdakı illərdə biz hərbi əməkdaşlığımızı genişləndirməli və tərəfdaşlığımızı gücləndirmək üçün birgə hərbi təlim və başqa təşəbbüslər planlaşdırmalıyıq. Əminəm ki, bu və bir çox başqa məsələlər həmkarlarınızla müzakirə mövzuları kimi sizin gündəliyinizdə olacaq”, – deyə dövlət başçısı bildirib.




