Xəbərlər
Prezident İlham Əliyev Azərbaycan-İtaliya arasındakı hərbi-texniki əməkdaşlığı dəyərləndirib

Bizim yeni əməkdaşlıq sahəmiz olan hərbi-texniki əməkdaşlıq ümidvericidir.
“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatında deyib.
“Bu gün bu barədə də danışıldı. Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var. Bu barədə də geniş danışılıb”, – deyə Prezident İlham Əliyev vurğulayıb.




