Prezident İlham Əliyev: Azərbaycan Ordusu Türkiyə modeli əsasında inkişaf edir

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Türkiyə modeli əsasında inkişaf edir

Bu gün eyni zamanda müdafiə və müdafiə sənayesi sahəsində gələcək planlar haqqında danışdıq. Məmnuniyyətlə qeyd olundu ki, bu il 16 birgə hərbi təlim keçiriləcəkdir.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatlarla çıxış edən zaman deyib.

Dövlət başçısı bildirib ki, nəzərdə tutulan 16 hərbi təlimdən 6-sı artıq keçirilib.

“Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək və biz indi bunu əyani şəkildə görürük”, – deyə Azərbaycan Prezidenti qeyd edib.

Poliqon.az

CATEGORIES
TAGS