Qarabağda xidmətə göndərilmiş ermənistanlı əsgər intihara cəhd etdi – YENI
Azərbaycanın işğal olunmuş ərazilərində xidmətə göndərilmiş erməni əsgəəri intihara cəhd edib. Ermənistan KİV-lərinin məlumatına görə, hadisə bu gün Armavir şəhərində baş verib.
Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində xidmətə göndərilmiş Ermənistan Ordusunun Gevorq Ayrapetyan adlı əsgəri özünü körpüdən çaya atıb. Hadisə yerinə gələn polislər onu çaydan çıxarıb. Əsgər İrəvandakı mərkəzi hospitala yerləşdirilib. Intihara cəhd edən əsgərin vəziyyəti sabit-ağırdır.
Müdafiə Nazirliyinin istintaq xidmətinin məlumatına görə, G. Ayrapetyan aprelin 3-də məzuniyyətə göndərilib və məzuniyyət müddəti mayın 2-də başa çatır.
CATEGORIES Müdafiə