DünyaSənaye

Qatar Türkiyədən 6 sürətli kater alır

Türkiyənin “Yonca-Onuk” şirkəti ilə Qatar Dəniz Qüvvələri Komandanlığı arasında 41 milyon avro dəyərində müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence” Türkiyə mətbuatına istinadən məlumat verib.

Müqavilə üzrə Qatara 6 ədəd MRTP 20 yüksək sürətli patrul katerinin satışı nəzərdə tutulur.

Katerlər sifarişçiyə ASELSAN istehsalı olan 12,7 mm çaplı idarə olunan döyüş modulu ilə silahlandırılmış şəkildə təhvil veriləcək.

Back to top button