Qazaxıstan növbəti dəfə KADEX sərgisinin vaxtını dəyişib
2023-cü ilin 7-10 iyun tarixlərində Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilməsi planlaşdırılan altıncı KADEX beynəlxalq müdafiə sərgisinin vaxtı növbəti dəfə dəyişdirilib.
Sərginin təşkilat komitəsindən “Poliqon”a verilən məlumata görə, Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin qərarı ilə KADEX sərgisi 23-26 may 2024-cü il tarixində keçiriləcək.
Qazaxıstan hökuməti tərəfindən 2020-2021 ci illərdə koronovirus (COVID-19) təhlükəsi ilə bağlı vaxtı dəyişdirilən altıncı KADEX sərgisi ötən il isə ölkədəki mövcud siyasi və iqtisadi vəziyyətlə əlaqədar olaraq təxirə salınıb. Sonuncu dəfə KADEX sərgisi 2018-ci ildə baş tutub.
Qeyd edək ki, KADEX beynəlxalq müdafiə sərgisi iki ildə bir dəfə təşkil olunur. 2014-cü ildən POLİQON (AZERİ DEFENCE) jurnalı sərginin rəsmi media tərəfdaşıdır.