Qazaxıstanda keçiriləcək altıncı KADEX sərgisinin vaxtı müəyyənləşib
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçiriləcək altıncı KADEX beynəlxalq müdafiə sərgisinin vaxtı müəyyənləşib.
“Poliqon” xəbər verir ki, altıncı KADEX sərgisi 2023-cü ilin 7-10 iyun tarixlərində baş tutacaq.
Qazaxıstan hökuməti tərəfindən 2020-2021 ci illərdə koronovirus (COVID-19) təhlükəsi ilə bağlı vaxtı dəyişdirilən altıncı KADEX sərgisi bu il isə ölkədəki mövcud siyasi və iqtisadi vəziyyətlə əlaqədar olaraq təxirə salınıb.
Qeyd edək ki, KADEX beynəlxalq müdafiə sərgisi iki ildə bir dəfə təşkil olunur. 2014-cü ildən POLİQON (AZERİ DEFENCE) jurnalı sərginin rəsmi media tərəfdaşıdır.
CATEGORIES Xəbərlər