“Qış Təlimi-2023”: “Roketsan”ın “Cirit” raketi hədəfləri məhv edib

“Qış Təlimi-2023”: “Roketsan”ın “Cirit” raketi hədəfləri məhv edib

“Qış Təlimi-2023” birgə təlimlərində Türkiyə Ordusu “Roketsan” şirkətinin istehsalı “Cirit” lazer başlıqlı idarə olunan raketlərdən istifadə edir.

“Poliqon” xəbər verir ki, bu barədə “Roketsan” şirkəti özünün sosial şəbəkə hesablarında paylaşım edib.

Bilidirlib ki, FNSS şirkətinin hazırladığı “Kaplan” zirehli döyüş maşınlarının üzərinə inteqrasiya olunan bu raketlər təlim zamanı hərəkətli və sabit hədəfləri uğurla zərərsizləşdirib.

70 mm çaplı “Cirit” raketləri quru, dəniz və hava platformalarında istifadə edilə bilər. Raket düşmənin canlı qüvvəsinin, habelə yüngül zirehli və zirehsiz avtomobillərin zərərsizləşdirilməsi üçün nəzərdə tututlub. 1.9 metr uzunluğunda olan “Cirit” raketinin ümumi çəkisi 15 kiloqramdır.

“Cirit” raketi “Kaplan” zirehli döyüş maşınları ilə yanaşı Türkiyə Ordusunun T-129 ATAK helikopterlərinə də inteqrasiya edilib və ölkənin cənubunda terrorçulara qarşı keçirilən əməliyyatlarda effektiv şəkildə istifadə olunur.

Qeyd edək ki, Türkiyənin Qars şəhərində keçirilən “Qış Təlimi-2023” birgə təlimlərinə Türkiyə, Azərbaycan, Almaniya, İtaliya, Qazaxıstan və Böyük Britaniya ilə bərabər ümumilkdə 17 ölkənin hərbi qulluqçuları qatılıb.

Poliqon.az

CATEGORIES
TAGS