
ABŞ-ın “Raytheon” şirkəti “Raytheon Missile Systems”in yeni idarə olunan raketlərin istismarı ilə bağlı müqavilə bağlayıb.
“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə, müqavilənin dəyəri 180 milyon ABŞ dollarıdır.
Müqaviləyə əsasən, şirkət AMRAAM – orta mənzilli “hava-hava” raketlərinə illik qulluq göstərəcək və istismarında problemlərin yaranmamasına cavabdeh olacaq.
Proqram 2020-ci ilin 30 sentyabrına qədər davam edəcək.



