QuruXəbərlər

“Rheinmetall” Bundesverə 2000-dən çox hərbi nəqliyyat vasitəsi tədarük edəcək

“Rheinmetall” şirkəti Almaniya Silahlı Qüvvələri (Bundesver) üçün 2000-dən çox hərbi nəqliyyat vasitəsinin tədarükünə dair sifariş alıb.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, 1,015 milyard avro dəyərində olan sifariş logistika tapşırıqlarının icrası üçün nəzərdə tutulmuş 4×4 (3,5 ton), 6×6 (5 ton) və 8×8 (15 ton) təkər formuluna malik zirehsiz hərbi nəqliyyat vasitələrinin tədarükünü əhatə edir.

Bu iri həcmli sifariş 2024-cü ildə imzalanmış və ümumilikdə 6500-ə qədər avtomobili əhatə edən çərçivə müqaviləsinin bir hissəsidir. “Rheinmetall”ın Rheinmetall MAN Military Vehicles (RMMV) bölməsi nəqliyyat vasitələrinin çatdırılmasına 2026-cı ilin ilk yarısında başlayacaq. Texnikaların böyük hissəsinin 2026-cı ilin sonunadək Bundesverə təhvil verilməsi planlaşdırılır.

Sifariş edilən nəqliyyat vasitələri RMMV-nin texnoloji baxımdan inkişaf etmiş HX ailəsi əsasında hazırlanıb. Sözügedən platforma xüsusi olaraq hərbi tələblərə uyğun şəkildə layihələndirilib və yüksək keçid qabiliyyəti, eləcə də möhkəm konstruksiyası ilə seçilir.

“Military off-the-shelf” konsepsiyasına əsaslanan HX ailəsi kütləvi istehsalda sınaqdan keçmiş texnologiyaları xüsusi hərbi modifikasiyalarla birləşdirir. Bu xüsusiyyətlər həmin maşınları müasir ordular üçün etibarlı və universal logistika platformasına çevirir.

Back to top button