“Rheinmetall” konserni yeni döyüş kəşfiyyat maşınını təqdim edib

“Rheinmetall” konserni yeni döyüş kəşfiyyat maşınını təqdim edib

Almaniyanın “Rheinmetall” konserni Parisdə keçirilən “Eurosatory-2024” sərgisində ilk dəfə olaraq yeni təkərli döyüş kəşfiyyat maşınını təqdim edib.

“Poliqon” “Hartpunkt” nəşrinə istinadən xəbər verir ki, maşının bazası üçün yeni “Fuchs Evolution 6×6” zirehli transportyorunun (ZTR) üzən versiyası seçilib.

Bu maşınla “Rheinmetall” konserni Almaniya Silahlı Qüvvələrinin (Bundesver) “Korsak” kəşfiyyat maşınının növbəti nəsli üçün müsabiqədə iştirak etmiş və burada “Patria 6×6” (“Patria OYJ”, Finlandiya) və “Piranha 6×6” (“General Dynamics European Land Systems”, İspaniya) ZTR ilə yarışmışdır.

Parisdə nümayiş etdirilən döyüş kəşfiyyatı maşını təxminən 700 kq ağırlığında və sursatları ikili lent ötürməli 25×137 mm çaplı KBA tipli “Rheinmetall” avtomatik topu ilə silahlanmış Sloveniyanın “Valhalla Turrets” şirkətinin döyüş modulu ilə təchiz edilib.

Məlumatlara görə, məhz bu qüllə və silah kombinasiyası Bundesverin orta ölçülü quru platformaları üçün silah kimi istifadə ediləcək – “Korsak”dan əlavə, bura “Wiesel LuWa” (Air Mobile Weapon Carrier) da daxildir.

Avtomatik top 112 kq ağırlığındadır. Topdan qatarlarla atış rejimində atış tezliyi dəqiqədə 600 atəş təşkil edir. Bununla belə, KBA tək atış və sürətli tək atış rejimlərində də idarə oluna bilər, bu halda atəş tempi dəqiqədə müvafiq olaraq 100 və 200 atış təşkil edir.

“Fuchs Evolution” bazasına əsaslanan döyüş kəşfiyyatının daxili həcmi heyət və əlavə avadanlıq üçün kifayət qədər yerə malikdir. Maşın qalxa/enə bilən maçta üzərində yerləşən güclü kəşfiyyat optik stansiya, eləcə də gecə-gündüz birləşmiş görmə qabiliyyətinə malik 360 dərəcəlik müşahidə sistemi, həmçinin lazer şüalanma xəbərdarlığı sistemi ilə təchiz edilib.

Yeni təkərli döyüş kəşfiyyat maşınının icazə verilən ümumi kütləsi 24.5 tondur.

Qeyd edək ki, ötən il Almaniyanın “Rheinmetall” konserni “Fuchs” zirehli transportyorunun “Evolution” adlı qara rəngdə yenilənmiş versiyasını nümayiş etdirib. Yeni model 455 at gücünə (335 kVt güc və 2200 Nm fırlanma anı) malik 6 silindrli MTU 6V 199 TE20 mühərriki ilə təchiz olunub. Zirehli transportyor saatda 100 kilometrə qədər maksimal sürət yığa bilir, yanacaq üzrə gediş ehtiyatı isə 800 kilometrdən çoxdur.

Zirehli transportyor bir neçə versiyada istehsal edilir. Onun platforması mühəndis və ya tibbi maşın kimi xidmət edə, həmçinin partlayışa təhlükəli əşyaların zərərsizləşdirilməsi üçün əlavə təchiz oluna bilər.

Yuxarıda qeyd etdiyimiz kimi, yeni “Fuchs Evolution” ZTR-in amfibiya variantı döyüş kəşfiyyat maşınının əsasını təşkil edir. Klassik “Fuchs” variantı ilə müqayisədə maşın rəqəmsal bort elektronikasına, yeni mühərrikə, ötürmə qutusuna və əyləc sisteminə, həmçinin təkmilləşdirilmiş sükan sisteminə malikdir.

“Fuchs Evolution” döyüş kəşfiyyat maşınının əsas xassələri:

– icazə verilən ümumi kütləsi – 24,5 t

– amfibiya kütləsi – 22.0 t

– boş kütləsi – 18,0 t

– uzunluq/eni/hündürlüyü – 7.50 m / 3.0 m / 3.10 m

– MTU 6V 199 TE20 mühərrikinin gücü – 335 kVt

– üzgüçülük qabiliyyəti – var

– idarə olunan körpülər (sükan oxları) – 2

– şossedə maksimal hərəkət sürəti – 100 km/saat

– suda üzmə sürəti – 8-10 km/saat

– dırmanma qabiliyyəti – 60%

– xəndəkdən keçmə qabiliyyəti – 1,2 m

– sədləri keçmə qabiliyyəti – 0,7 m

– su maneəsini keçmə dərinliyi – 1,5 m

– dönmə radiusu – ~ 17,5 m

Əhəd Vahidoğlu

CATEGORIES