“Rheinmetall” Ukrayna üçün 300 min ədəd 35 mm-lik mərmi istehsal edəcək

“Rheinmetall” Ukrayna üçün 300 min ədəd 35 mm-lik mərmi istehsal edəcək

Almaniya Müdafiə Nazirliyi Ukraynanın “Gepard” zenit-top kompleksləri üçün “Rheinmetall” şirkətinə 300 min ədəd 35 mm-lik mərmi sifariş edib.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında bir neçə yüz milyon avro dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən, istehsal ediləcək mərmilərin 150 min ədədi APDS-T (Armour Piercing Discarding Sabot – Tracer), digər 150 min ədədi isə HEI-T (High Explosive Incendiary – Tracer) tipli olacaq.

Şirkət razılaşmaya uyğun şəkildə APDS-T tipli mərmilərin ilk partiyasını sifarişçiyə 2023-cü ilin yayında təhvil verəcək. 2024-cü ilin ortalarından etibarən isə HEI-T tipli mərmilərin istehsalına və çatdırılmasına başlayacaq.

Poliqon.az

CATEGORIES
TAGS