“Roketsan” Azərbaycanın müdafiə sənayesi infrastrukturunun inkişafında rol almağa başlayıb

“Roketsan” Azərbaycanın müdafiə sənayesi infrastrukturunun inkişafında rol almağa başlayıb

Raket sistemlərimizlə Azərbaycan və Türkiyə arasındakı strateji əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verməkdən böyük şərəf və qürur duyuruq.

Bu sözləri “Poliqon” jurnalına müsahibəsində “Roketsan” şirkətinin baş direktoru Murat İkinci söyləyib.

“Həm “Bayraktar AKINCI”, həm də “Bayraktar TB2” PUA-ları əməliyyat meydanında özünü doğruldub və onları yeni xüsusiyyətlər qazandırdığımız ağıllı sursatlarımızla təchiz edirik. Bu sursatlarımızla qardaş ölkəmiz olan Azərbaycan Silahlı Qüvvələrinin dəqiq nişanalma əməliyyat qabiliyyətinin artırılmasına töhfə verməyə davam edirik”, – deyə şirkətin baş direktoru vurğulayıb.

M.İkinci bildirib ki, “Roketsan” ixrac fəaliyyətləri ilə birlikdə, Azərbaycanın müdafiə sənayesi infrastrukturunun inkişafında da rol almağa başlayıb: “Bu çərçivədə müxtəlif məhsullarımızın Azərbaycanda istehsal olunması və mühüm texnoloji bacarıqların Azərbaycana qazandırılması üçün səylərimizi davam etdiririk. Ümid edirik ki, bu addımlarımızla çox qısa müddət ərzində Azərbaycanla olan güclü əməkdaşlığımızı daha yüksək səviyyələrə çıxararaq yeni hədəflərə doğru birgə addımlar atmağa davam edəcəyik”.

CATEGORIES
TAGS