ROKETSAN “Sungur” ZRK-nin seriyalı istehsalına başlayıb

ROKETSAN “Sungur” ZRK-nin seriyalı istehsalına başlayıb

Türkiyənin “Roketsan” şirkəti “Sungur” aşağı yüksəklikli zenit-raket kompleksinin (ZRK) seriyalı istehsalına başlayıb.

“Poliqon” xəbər verir ki, bunu “Roketsan”ın baş direktorunun müavini Murat Kurtuluş POLİQON jurnalına müsahibəsində söyləyib.

“Türkiyənin Müdafiə Sənayesi Başqanlığının (SSB) koordinasiyası altında hava hücumundan müdafiə sistemləri məsələsində fəaliyyətlərimiz davam edir. Bura həm artırılmış mənzilli yeni “Siper” hava hücumundan müdafiə sistemi, həm də bloklar daxildir ki, bunların – hava hücumundan müdafiə sistemlərinin üzərində işlərimizi aparırıq.

Habelə, yeni hazırladığımız “Sungur” hava hücumundan müdafiə raketimizin də seriyalı istehsalına başlanıldı və yaxın zamanlarda Türkiyə Silahlı Qüvvələrinə kütləvi çatdırılmasına start veriləcək. “Sungur” raketimiz laylı hava hücumundan müdafiə sistemimizdə çox aşağı yüksəklik dediyimiz bölmədəki həllimizdir. Bu mənada qarşıdakı müddət ərzində hər iki məhsulumuzun böyük əhəmiyyət qazanacağını düşünürük”, – deyə Murat Kurtuluş vurğulayıb.

Xatırladaq ki, “Roketsan” şirkəti tərəfindən milli imkanlarla dizayn edilərək hazırlanan və istehsal edilən “Sungur” portativ (daşınabilən) hava hücumundan müdafiə sisteminin çiyindən atılan versiyası cari ilin iyul ayında Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına verilib.

Bir əsgər tərəfindən çiyindən atılan “Sungur” zenit-raket kompleksi pilotsuz uçuş aparatları, reaktiv təyyarə və helikopterlərə qarşı təsirli olacaq.

“Sungur” ZRK Türkiyə Silahlı Qüvvələrinin HHM sistemində olan “Stinger” (FIM-92B/C) daşınabilən zenit-raket kompleksilərini (DZRK) əvəz etmək üçün hazırlanıb. “Sungur” ZRK portativ xüsusiyyəti ilə yerüstü, hava və dəniz platformalarına inteqrasiya oluna bilər. Quru Qoşunlarını qanadlı raketlərə, PUA-lara, alçaqdan uçan sabit qanadlı təyyarələrə və helikopterlərə qarşı qısa mənzilli hava hücumundan müdafiə təmin edən “Sungur” yaxın mənzilli mobil ZRK yerdən havaya atəş aparan PORSAV Milli MANPADS sistemi ilə təchiz edilib.

“Sungur” ZRK hava elementlərinə qarşı effektivliyi və yüksək manevr qabiliyyəti, yüksək hədəfvurma qabiliyyəti və əks tədbir xüsusiyyəti, titan döyüş başlığı və hədəfin uzun məsafədən müşahidəsini təmin edən nişangah qabiliyyəti ilə öz sinfini önləyən bir sistemdir. Kompleks hərəkətdə atış qabiliyyəti, gecə-gündüz hədəf təsbiti, təhlili, tanıması, izləməsi kimi xüsusiyyətlərə sahibdir. Düşmənin 4+ km hündürlükdə və 8 km məsafədə uçan hədəflərinin məhv edilməsini təmin edir.

sungur fuzesi 1883841

Poliqon.az

CATEGORIES
TAGS