“Roketsan”ın “Mete” raketi seriyalı istehsala hazırdır

“Roketsan”ın “Mete” raketi seriyalı istehsala hazırdır

Türkiyənin “Roketsan” şirkəti tərəfindən inkişaf etdirilən “Mete” idarəolunan mini-raketi seriyalı istehsal üçün hazırdır.

“Poliqon” xəbər verir ki, bu barədə “Roketsan” şirkətinin sosial şəbəkələrdəki hesablarında paylaşım edilib.

“Mete” pilotsuz hava, quru və dəniz platformaları tərəfindən atılabilən 40 mm çaplı raketdir. Hədəfi nişanalma lazer şüasından istifadə etməklə həyata keçirilir. Raket yarıaktiv lazer tuşlama başlığına sahibdir. Onun elan edilmiş mənzili 1 m dəqiqliklə 1000 metrdir.

Xatırladıq ki, “Roketsan” şirkətinin baş direktoru Murat İkinci cari ilin yanvar ayında verdiyi açıqlamada “Mete”nin keçirlən sınaqlarının tamamlanmaq üzrə olduğunu və 2023-cü ildən etibarən əməliyyat meydanında uğurla istifadə edilməyə başlanacığını bildirmişdi.

Poliqon.az

CATEGORIES
TAGS