“Roketsan”ın səsdən sürətli TRG-230-İHA raketinin ilk atış sınağı keçirilib – VIDEO

“Roketsan”ın səsdən sürətli TRG-230-İHA raketinin ilk atış sınağı keçirilib – VIDEO

Türkiyənin “Roketsan” şirkəti tərəfindən hazırlanan “hava-yer” tipli TRG-230-İHA raketinin ilk atış sınağı keçirilib.

“Roketsan”dan “Poliqon”a verilən məlumata görə, atış sınağı “Baykar” şirkətinin istehsalı olan “Akıncı” pilotsuz uçuş aparatı (PUA) tərəfindən yerinə yetirilib.

Bildirilib ki, “Baykar” şirkətinin Çorlu bölgəsində yerləşən “Akıncı Təlim və Sınaq Mərkəzi”ndə baş tutan sınaq zamanı TRG-230-İHA raketi 100 kilometrdən çox məsafədəki hədəfi uğurla məhv edib.

Qeyd edək ki, Türkiyənin “hava-yer” tipli səsdən sürətli ilk raketi olan TRG-230-İHA, “Roketsan”ın “yer-yer” tipli TRG-230 raketinin PUA-dan atılması üçün nəzərdə tutulmuş versiyasıdır.

Poliqon.az

CATEGORIES
TAGS