“Roshel” şirkəti “Senator” zirehli maşınına zenit silahı quraşdırıb

“Roshel” şirkəti “Senator” zirehli maşınına zenit silahı quraşdırıb

Polşanın Kelts şəhərində keçirilən MSPO-2024 beynəlxalq müdafiə sənayesi sərgisində Kanadanın “Roshel” şirkəti özünün “Senator” MRAP (Mine-Resistant Ambush Protected) zirehli maşınının bazasında yeni zenit sistemini təqdim edib.

Bu barədə “Poliqon” “Roshel” şirkətinin rəsmi saytına istinadən xəbər verib.

Bildirilib ki, zirehli maşın 2 km-ə qədər məsafədə düzünə tuşlama atəşi ilə hədəfləri vurmağa qadir olan, Ukrayna istehsalı 23 mm çaplı QŞ-23 qoşalaşdırılmış aviasiya toplu döyüş modulu ilə təchiz edilib.

Yeni inkişafla bağlı danışan “Roshel” şirkətinin baş direktoru Roman Şimonovun sözlərinə görə, “Senator” MRAP zirehli avtomobilinin yeni versiyası pikap formatında hazırlanıb və Ukrayna istehsalı olan çoxməqsədli uzaqdan idarə olunan döyüş modulu ilə təchiz edilib.

Maşın STANAG 4569 standartının 2b (Level 2b) səviyyəsində hərtərəfli ballistik müdafiə alıb ki, bu da ona atıcı silahların atəşinə və 6 kq trotil ekvivalentinə bərabər olan partlayıcı qurğulara tab gətirməyə imkan verir. Bundan başqa, zirehli maşın pilotsuz uçuş aparatları (PUA) kimi müasir təhlükələrdən də qorunur.

QŞ-23 aviasiya topundan və digər əlaqəli avadanlıqdan ibarət olan artilleriya qurğusu sabitləşdirilib, dəqiqədə 500-dən 3500-ə qədər atəş tezliyi ilə 8-10 mərmini qatarlarla atmaqla müxtəlif rejimlərdə atəş açmaq qabiliyyətinə malikdir. Müşahidəçilər qeyd edirlər ki, yüksək atəş sıxlığı və optik tuşlama sistemi sayəsində modul həm yer hədəflərinə, həm də hava hədəflərinə, o cümlədən PUA-ya qarşı effektivdir.

Bu arada, döyüş modulunun tam taktiki-texniki xüsusiyyətləri açıqlanmır. Məlum olan odur ki, orijinal QŞ-23 aviasiya topu 2 m-ə qədər məsafədə və 2000 m-ə qədər hündürlükdə birbaşa atəşlə hədəfləri vurmağa qadirdir. Modulun sabitləşməsi isə hətta hərəkət zamanı hava hədəflərini effektiv şəkildə tutmağa və məhv etməyə imkan verir ki, bu da avtomobilin mobilkiyini və taktiki imkanlarını artırır.

Döyüş sistemi maşının arxa hissəsində  monitor və idarəetmə paneli quraşdırılmış yerdəki operator tərəfindən idarə olunur. İdarəetmə sistemi müxtəlif taktiki ssenarilərdə istifadə və inteqrasiyanı asanlaşdıran SICH və BM-7 “Parus” kimi digər Ukrayna döyüş modulları ilə unifikasiya edilib.

“Senator” MRAP zirehli maşınının standart variantı heyətin təhlükəsizliyini təmin etmək üçün 10-a qədər hərbi qulluqçu yerləşdirmək, həmçinin partlayıcı qurğulardan və pusqulardan yüksək səviyyədə qorunma imkanına malikdir.

“Senator” MRAP salonunda xüsusi amortizatorlu oturacaqlar quraşdırılmış V formalı alt hissəyə malikdir. Bu, çöldəki partlayış zamanı içəridəki heyətə təsiri minimuma endirməyə kömək edir.

Bu zirehli maşın bir sıra sınaqlardan uğurla keçmiş və STANAG 4569 standartının AEP55 səviyyə 2 və 2a/2b səviyyələrinə (Level 2, 2a/2b) uyğunluğunu nümayiş etdirmişdir. Ballistik və partlayıcı sınaqlar NATO tərəfindən sertifikatlaşdırılmış müstəqil ABŞ laboratoriyası tərəfindən həyata keçirilib.

Açıq məlumata görə, maşın 30 m məsafədə 7,62×39 mm çaplı güllələrlə atəşə tutulmaya, eləcə də maşının istənilən təkər və ya dibinin altında 6 kq partlayıcının (tank əleyhinə mina) partladılmasına tab gətirmək qabiliyyətinə malikdir.

Zirehli maşının əsasını Ford F-550 yük avtomobili təşkil edir. Tam ötürücülü Senator 330 at gücü hasil edən 6,7 litrlik dizel mühərriki ilə təchiz edilib. İçəridə 10 əsgər yerləşdirmək mümkünkdür. Döyüş zonasında olarkən, onlar mazğallardan atəş aça bilərlər.

Kabina özündə zirehli qapıları və güllə keçirməyən laminat şüşəsi olan zirehli kapsulu tərənnüm edir. Maşın pulemyotlar, avtomatik qumbaraatanlar və ya TƏİRK-lər quraşdırıla bilən “Rheinmetall Fieldranger” uzaqdan idarə olunan döyüş modulu ilə silahlandırılır.

Əhəd Vahidoğlu

CATEGORIES