Xəbərlər

Rosqvardiya müxtəlif təyinatlı qumbara alır

Rosqvardiya 227 milyon rubl dəyərində (3,03 milyon ABŞ dolları) 15,4 min müxtəlif təyinatlı atəş yığımının (qumbaranın) tədarükü üçün hərrac elan edib.

“Poliqon” xəbər verir ki, bu barədə Rusiya Dövlət Satınalmalar məlumat yayıb.

Məlumata əsasən, qurum RBK (radiasiya, bioloji, kimyəvi) müdafiə vasitələri alır. Bunların sırasına termobarik doldurumlu atəş yığımı VQM93.100, qıcıqlandırıcı təsirli aerozol bulud atəş yığımı VGM93.200, tüstüləyici doldurumlu atəş yığımı VGM93.300, işıq-səs təsirli atəş yığımı VGM93.400, zərbə-şok təsirli atəş yığımı VGM93.600.

Qeyd etmək lazımdır ki, VGM93.100 insanın ölümünə səbəb ola bilir, qalan qumbaralar isə ölümcül təsirə malik deyil.

Rosqvardiya qeyd edib ki, bu vasitələr şəhərdəki terrorçularla mübarizə, iğtişaş iştirakçılarına və qayda pozucularına qarşı ölümcül olmayan təsir göstərmək üçün təyin edilib. Həmçinin, bina və tikililərdəki qayda pozucularına qarşı dözülməz şərait yaratmaq, onların icazəsiz toplanışlarını dağıtmaq, eləcə də həmin şəxslərə psixofiziki və işıq-səs təsiri göstərmək üçün nəzərdə tutulub.

Yükalan olaraq, Rosqvardiyanın Moskva vilayəti Balaşixa şəhərindəki 3187 saylı hərbi hissəsi göstərilib. Hərrac 23 aprel tarixində keçirilib.

Əhəd Əzizov

Poliqon.az

Back to top button