“Rostex” 1K144-E kəşfiyyat kompleksini ilk dəfə BƏƏ-də nümayiş etidirir

“Rostex” 1K144-E kəşfiyyat kompleksini ilk dəfə BƏƏ-də nümayiş etidirir

“Rostex” Dövlət Korporasiyasının “Roselektronika” holdinqi Abu Dabidə keçirilən IDEX-2023 beynəlxalq müdafiə sərgisində ilk dəfə olaraq 1K144-E gizli müşahidə üçün kiçik ölçülü kəşfiyyat və siqnalizasiya kompleksini təqdim edir.

“Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, kompleks düşmənin canlı qüvvəsini və yerüstü texnikasını aşkarlamaq, obyektləri təsnif etmək, onların sayını hesablamaq və hərəkət istiqamətini müəyyənləşdirmək qabiliyyətinə malikdir.

1K144-E-nin tərkibinə ölçüsü 20 santimetrə qədər və çəkisi 150-600 qram olan seysmik, infraqırmızı və maqnitometrik sensorlar daxildir. Kompleks torpağa basdırılır və yerdə kamuflyaj edilir. 1K144-E istifadəçiyə quraşdırılmış batareyalar ilə 30 günə qədər fasiləsiz işləmək imkanı təmin edir. Kompleks maksimum 5 dəqiqə ərzində fəaliyyətə hazır gətirilir və torpağa basdırılır.

1K144-E işləmə prinsipinə əsasən, radiokanal vasitəsilə sensorlardan gələn məlumatlar ötürülür və operatorun monitorunda detektorların həm özlərinin, həm də aşkar etdikləri obyektlərin yerləşdiyi ərazinin elektron xəritəsi göstərilir.

Avadanlıq hərəkət edən hədəfləri aşkarlayır, onların növünü müəyyənləşdirir, hərəkətin sayını və trayektoriyasını hesablayır.

1K144-E “Roselektronika”nın tərkibinə daxil olan “Sozvezdie” konserni tərəfindən hazırlanıb və istehsal edilib.

Kompleksin diapazonu:

  • piyadalar üçün – 30 metr;
  • təkərli maşınlar üçün – 120 metrə qədər;
  • tanklar və ya piyadaların döyüş maşınları (PDM) üçün – 200 metrə qədərdir.

Poliqon.az

CATEGORIES
TAGS