
Rusiya Ordusunun Cənub hərbi dairəsinin silahlanmasına yeni aviasiya texnikaları daxil edilib.
Bu barədə “AzeriDefence” Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Hərbi dairənin Rostov vilayətinin Zernoqrad şəhərində yerləşən aerodromuna 2 dədə Mi-28N helikopteri dislokasiya edilib.
İlin sonuna qədər isə daha 10 bu tip helikopterlərin sayı 12-yə çatdırılacaq.
Ümumilikdə bu il ərzində Cənub hərbi dairəsinin silahlanmasına 40 ədəd PUA, Su-34 bombardımançı, Su-30SM, Su-30M2 hücum təyyarələri, Mi-8MTŞ və Mi-8MTPR helikopterləri verilib.



