Rusiya gələn il Hindistana S-400 ZRS-nin növbəti divizionunu çatdıracaq

Rusiya gələn il Hindistana S-400 ZRS-nin növbəti divizionunu çatdıracaq

Rusiya gələn il S-400 zenit-raket sisteminin (ZRS) üçüncü divizionunu Hindistan Silahlı Qüvvələrinə təhvil verəcək.

“Poliqon” “India Today”ə istinadən xəbər verir ki, istehsalçı tərəfindən çatdırılma 2023-cü ilin yanvar-fevral ayları ərzində həyata keçiriləcək.

Xatırladaq ki, Rusiya və Hindistan arasında S-400 ZRS-lərin alqı-satqısına dair müqavilə 2018-ci ilin oktyabrında  imzalanıb. Müqavilə çərçivəsində Rusiyanın Hindistana 5.4 milyard dollar dəyərində 5 divizion S-400 ZRS-ni tədarük etməsi planlaşdırılıb ki, bunlardan da artıq ikisi (birinci divizion 2021-ci ilin sonunda, ikincisi isə 2022-ci ilin fevralında) sifarişçiyə təhvil verilib.

Məlumat üçün qeyd edək ki, S-400 ZRS (NATO təsnifatına görə – SA-21 “Growler”) Rusiyanın “Almaz-Antey” konserni tərəfindən hazırlanıb və 2007-ci ildən ölkənin Silahlı Qüvvələri tərəfindən istifadə olunur.

S-400 sisteminə çoxfunksiyalı radar, avtonom aşkarlama və hədəfləmə sistemləri, zenit-raket sistemləri, buraxıcı qurğular və komanda-idarəetmə mərkəzi daxildir. S-400 sistemi 400 km uzaqlıqda 30 km hündürlükdə hədəfi məhv edə, eyni vaxtda 36 obyekti hədəf ala bilir.

Poliqon.az

CATEGORIES
TAGS