Rusiya HDQ “Perm” nüvə sualtı qayığını 2026-cı ildə əldə edəcək

Rusiya HDQ “Perm” nüvə sualtı qayığını 2026-cı ildə əldə edəcək

Rusiya Hərbi Dəniz Qüvvələri (HDQ) “Zirkon” hipersəs raketi ilə silahlandırılacaq, nüvə enerjisi ilə işləyən “Perm” sualtı qayığını 2026-cı ildə istismara qəbul edəcək.

“Poliqon” TASS agentliyinə istinadən xəbər verib ki, 2024-2025-ci illərdə “Perm” nüvə sualtı qayığının müxtəlif sınaqları keçiriləcək. Sınaqlar tamamlandıqdan sonra, “Perm” Rusiya HDQ-nin xidmətinə təqdim olunacaq.

Bildirlib ki, “Zirkon” hipersəs raketindən istifadə edəcək ilk sualtı platforma olacaq “Perm” 885M layihəli “Yasen” ailəsinin altıncı sualtı qayığıdır. Onun tikinti işləri Rusiya Birləşmiş Gəmiqayırma Korporasiyasının tərkibinə daxil olan “Sevmaş” İstehsalat Birliyi tərəfindən aparılır.

Əlavə məlumat üçün qeyd edək ki, 2022-ci ilin iyul ayında Rusiya Hərbi Dəniz Qüvvələri dünyanın ən böyük strateji nüvə sualtı qayığı hesab edilən “Dmitri Donskoy” platformasını istismarından çıxarıb. “Dmitri Donskoy” adını isə yeni SF layihəli 955A “Borey-A” nüvə sualtı qayığına verib.

Poliqon.az

CATEGORIES
TAGS