
Rusiya hərbi gəmisinin Bakı şəhərinə səfəri planlaşdırılırSentyabrın 27-də Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının komandanı kontr-admiral Sergey Pinçukun rəhbərliyi ilə “Uqliç” kiçik raket gəmisinin Bakıya rəsmi səfəri planlaşdırılıb.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mtbuat xidmətindən məlumat verilib.
Rusiya nümayəndə heyətinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə görüşü, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə səfəri, eləcə də ADEX-2016 beynəlxalq müdafiə Sərgisində iştirakı nəzərdə tutulub.
Gəminin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır.
Səfər sentyabrın 30-dək davam edəcək.



