Rusiya HHQ Yak-130 təyyarələrinin ilk partiyasını aldı
İrkut Korporasiyası Rusiya Hərbi Hava Qüvvələrinə Yak-130 tədris-döyüş təyyarələrinin birinci partiyasını çatdırıb. Bu barədə “AzeriDefence” şirkətin saytına istinadən məlumat verib.
Birinci partiyada 6 təyyarə yer alır. Ümumilikdə 2015-ci ilədək Rusiya Hərbi Hava Qüvvələrlərinə 55 ədəd Yak-130 təyyarəsi çatdırılması planlaşdırılır.
Yak-130 pilotlara “4+” və “5” nəsil döyüş təyyarələrini öyrətməyə imkan verir.
KATEQORIYA: Aerospace