Rusiya IMDS-2023 sərgisində müasir dəniz platformalarını nümayiş etdirəcək

Rusiya IMDS-2023 sərgisində müasir dəniz platformalarını nümayiş etdirəcək

“Rostex” Dövlət Korporasiyasının tərkibinə daxil olan “Rosoboroneksport” şirkəti IMDS-2023 Beynəlxalq Dəniz Müdafiəsi Sərgisində Hərbi Dəniz Qüvvələri (HDQ) üçün müasir texnika və silahlarını nümayiş etdirəcək.

“Poliqon” “Rostex” Dövlət Korporasiyasınına istinadən xəbər verir ki, IMDS-2023 sərgisi 21-25 iyun 2023-cü il tarixlərində Rusiyanın Kronştadt şəhərində keçiriləcək.

Bildirilib ki, “Rosoboroneksport” şirkəti tərəfindən sərgidə 677E və 636 layihəli sualtı qayıqlar, 22800E layihəli “Karakurt-E” kiçik raket gəmisi, 11356 layihəli freqat, eləcə də 20382 layihəli “Tiqr” korveti nümayiş olunucaq.

Bundan əlavə, “Rostex” Dövlət Korporasiyasının tərkibindəki şirkət və müəssisələrin istehsalı olan radarlar, sahil mühafizə vasitləri, gəmi əleyhinə raket kompleksləri və digər sistemlər də “Rosoboroneksport” tərəfindən ziyarətçilərə təqdim ediləcək.

Poliqon.az

CATEGORIES
TAGS