
Rusiya Silahlı Qüvvələrinin Qərb Hərbi Dairəsi (QHD) 2018-ci ildə 200-dən çox hərbi və xüsusi texnikalar alacaq.
Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
QHD-nin mühəndis-istehkam bölmələrinin təchiz olunacağı hərbi təyinatlı texnikalar arasında İMR-3M istehkam maşınları, EOV-3523 hərbi ekskvatorlar, KS-45719-7M hərbi təyinatlı kranlar, həmçinin PP-2005M pantonları və ESD-100-T/400 dizel elektrik stansiyaları (Dizel-generator) yer alacaq.
Müdafiə Nazirliyinin məlumatında o da qeyd olunub ki, ümumqoşun ordunun döyüş tərkibinə 2018-ci ildə yeni mühəndis-istehkamçı alayı daxil ediləcək. Bildirilib ki, artıq yeni alay müasir hərbi və xüsusi texnakalara, rabitə avadanlıqlarına, arxa və ön təchizatın bütün vasitələrinə malikdir.



