
Rusiya Ordusu yeni “İsgəndər-M” operativ-taktik raket kompleksləri ilə təmin olunacaq.
“AzeriDefence”yə görə, bu barədə məlumat istehsalçı müəssisə olan “Konstruktorskoe byuro maşinostrayitelstvo” (Maşınqayırma konstruktor bürosu) Elm-istehsalat korporasiyasından bildirilib.
Şirkətdən qeyd olunub ki, şirkət artıq 4 ildir seriyalı istehsala başlayıb və növbəti təhvil-təslim prosesi sabah- noyabrın 11-də başa çatacaq.
Məlumatda bildirilib ki, müqaviləyə əsasən bu ilin sonuna qədər silahlı qüvvələr 2 briqada “İsgəndər-M” raket kompleksləri ilə təmin olunacaq.
Xatırladaq ki, bu yaxınlarda Rusiya Ermənistana “İsgəndər-M” operativ-taktik raket kompleksi verib.




