Xəbərlər

Rusiya ötən il 7 ədəd döyüş helikopteri, 881 ədəd raket sistemi ixrac edib

BMT-nin Adi Silahlar Reyestrinin saytında 2020-ci il ərzində əsas silah və texnika nümunələrinin ixracı barədə Rusiyanın hesabatı paylaşılıb.

“Poliqon” ixrac hesabatını təqdim edir:

Döyüş helikopterləri – cəmi 7 ədəd:

  • Qazaxstan – 4 ədəd;
  • Mali – 1 ədəd;
  • Niger – 2 ədəd.

Raketlər və raket buraxma qurğuları – 881 ədəd:

  • Çin – 296 ədəd;
  • Hindistan – 567 ədəd;
  • Malaziya – 10 ədəd;
  • Serbiya – 8 ədəd.

Hesabatda atıcı və yüngül silahların ixracı, həmçinin müxtəlif silah və texnika nümunələrinin idxalı barədə məlumat qeyd olunmayıb.

Əhəd Əzizov

Poliqon.az

Back to top button