Rusiya “Soyuz-2.1V” daşıyıcı raketi ilə kosmik aparatı orbitə buraxıb

Rusiya “Soyuz-2.1V” daşıyıcı raketi ilə kosmik aparatı orbitə buraxıb

Rusiyanın Hərbi-Kosmik Qüvvələri “Soyuz-2.1V” yüngül sinif daşıyıcı raketi ilə kosmik aparatı orbitə buraxıb.

“Poliqon” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, “Soyuz-2.1V” kosmik raketinin buraxılışı normal rejimdə keçib.

“Soyuz-2.1v” daşıyıcı raketin buraxılışı Plesetsk kosmodromundan həyata keçirilib və bu Rusiyanın Hərbi-Kosmik Qüvvələri tərəfindən sayca 7-ci buraxılış hesab olunur.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS