Xəbərlər
Rusiya sülhməramlıları və zirehli texnikalarının Qarabağa yerləşdirilməsi davam edir

Rusiya Silahlı Qüvvələrinin 15-ci əlahiddə motoatıcı briqadasının hərbi bölmələrindən ibarət sülhməramlılar və zirehli maşınların olduğu daha iki An-124 tipli hərbi-nəqliyyat təyyarəsi İrəvan hava limanına enib.
Bu barədə “Azeri Defence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Məlumatda bildirilib ki, təyyarə ilə 10 ədəd BTR-82A zirehli transportyor, maddi-texniki təminat avadanlıqları, həmçinin sülhməramlı bölmələrin təxminən 30 hərbi qulluqçusu çatdırılıb.
Yüklərin boşaldılmasından, bölmələrin texnikalarının yoxlanılmasından və hazırlanmasından sonra Gorus şəhərindəki cəmləşmə ərazisinə üç yüz kilometrlik yürüş həyata keçiriləcəyi planlaşdırılıb.




