
Rusiya silah və hərbi-texniki avadanlığın növbəti partiyasını Tacikistan Silahlı Qüvvələrinə təhvil verib.
“AzeriDefence” Rusiya mediasına istinadən xəbər verir ki, silah-texnikanın təhvili mərasimində Rusiya Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlığının baş idarəsinin rəisi, general-mayor Aleksandr Kşimovskiy iştirak edib.
General bildirib ki, Tacikistana verilən silah və hərbi texnikalar ölkəyə Əfqanıstanla sərhəddə terror təhlükəsini aradan qaldırılmaq və Ordunun imkanlarını genişləndirmək imkanı verəcək.
Bildirilib ki, çatdırılmaya T-72B1 tankları, BTR-80 və BTR-70 zirehli transportyorlrı, BMP-2 piyada döyüş maşınları, Mi-24 döyüş helikopterləri və Mi-8 hərbi-nəqliyyat helikopterləri, həmçinin D-30 haubitsaları, zenit qurğuları, tibbi və topoqrafik avadanlıqlar, zirehli texnikaların ehtiyat hissələri, rabitə vasitələri və böyük miqdarda atıcı silahlar daxildir.
General A.Kşimovskiy 2017-ci ildə Rusiyanın təmənnasız olaraq Tacikistana 122 milyon ABŞ dolları dəyərində hərbi təyinatlı məhsullar tədarük etdiyini vurğulayıb.



