Rusiya yeni X-95 hipersəsli aviasiya raketi hazırlayır

Rusiya yeni X-95 hipersəsli aviasiya raketi hazırlayır

Rusiyanın müdafiə sənayesi kompleksi uzaq mənzilli X-95 indeksli hipersəsli təyyarə raketi hazırlayır.

“Poliqon” xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının rəisi, general-polkovnik Vladimir Zarudnitski bildirib.

Generalın sözlərinə görə, aerokosmik sahədə üstünlük əldə etmək məqsədilə Rusiya Hava-Kosmik Qüvvələri (HKQ) son olaraq modernləşdirilmiş Tu-160M strateji bombardmançı təyyarə, “Kinjal” (“Xəncər”) hipersəsli aviasiya raket sistemi kimi silah və xüsusi aviasiya vasitələri ilə gücləndirilir.

“Rusiya Hava-Kosmik Qüvvələri üçün xüsusi olaraq hazırda yüksək dəqiqlikli uzun mənzilli “hava-hava” tipli X-95 hipersəsli aviasiya raketi hazırlanır. Bundan başqa, müxtəlif təyinatlı pilotsuz uçuş aparatları, radar sistemləri və zenit-raket kompleksləri yaradılır”, – deyə general-polkovnik Vladimir Zarudnitski vurğulayıb.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS