Rusiyada 12.7 mm-lik yeni snayper tüfəngi hazırlanır

Rusiyada 12.7 mm-lik yeni snayper tüfəngi hazırlanır

Rusiyanın “Rostex” Dövlət Korporasiyasının “Yüksək dəqiqlikli komplekslər” şirkəti tərəfindən 12.7×108 mm çapında yeni snayper tüfəngi hazırlanır.

“Poliqon” xəbər verir ki, bunu “Rostex” Dövlət Korporasiyasının nümayəndəsi Bekxan Ozdoyev açıqlayıb.

B.Ozdoyev bildirib ki, yeni snayper tüfənginin üzərinə bir çox elementlərin, o cümlədən nişangah və cihazların quraşıdırılması mümkün olacaq. Silah atıcıya daha sərrast atəş açmağa imkan verəcək.

“Rostex”in nümayəndəsi bu silahda yeni dizayn həllərinin tətbiq ediləcəyini və onun taktiki-texniki xüsusiyyətlərini artıracaq müasir materiallardan istifadə olunacağını qeyd edib.

Onun sözlərinə görə, hazırda “Rostex” müəssisələrində silahlanmada olan avtomat, snayper və pulemyotların təkmilləşdirilməsi və yeni silah modellərinin yaradılması ilə bağlı işlər aparılır.

“Perspektivli sahələrdən biri iri çaplı snayper tüfənglərinin inkişafıdı. Onlar düşmənin qoruyucu gödəkçə geyinən şəxsi heyətini və atıcı silahların maksimum atəş məsafəsindən uzaqda olan hərbi obyektlərini vurmağa imkan verir. Bu bir sıra məsələlərdən başqa, həm də snayperə qarşı tərəfin avtomatdan açdığı cavab atəşindən qorunmağa yardım edir”, – deyə B.Ozdoyev bildirib.

CATEGORIES
TAGS