Rusiyada “Spartak” zirehli avtomobili nümayiş olunub
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Expotechnostrazh-2023” sərgisində AMN-590951 “Spartak” zirehli avtomobili nümayiş olunub.
“Poliqon” TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Milli Qvardiyanın istifadəsi üçün hazırlanan “Spartak” zirehli maşını sərgidə 12.7 mm-lik “Kord” pulemyotunun quraşdırıldığı döyüş modulu ilə nümayiş etdirilib.
Bildirilib ki, nəqliyyat vasitəsi həm atıcı silahların atəşinə, həm zirehdeşən mərmilərin zərbələrinə, həm də 6 kiloqramlıq TNT partlayışlarına qarşı davamlıdır.
4×4 təkər formullu malik olan texnika tam təchizatlı 9 personalı daşımaq imkanına malikdir. Onun xüsusi yüklərin daşınması üçün nəzərdə tutulmuş versiyası da mövcuddur.
Qeyd edək ki, “Spartak” zirehli avtomobil ilk dəfə ötən il Rusiyada keçirilən Army-2022 sərgisində təqdim olunub.