Rusiyada yeni antidron sistem hazırlanıb

Rusiyada yeni antidron sistem hazırlanıb

Rusiyanın “Radioelektron Texnologiyalar” konserni (KRET) pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə aparmaq üçün “Qroza.04.K” adlı yeni antidron sistem hazırlayıb.

“Poliqon” “Rostex” Dövlət Korporasiyasına istinadən xəbər verir ki, yeni məhsul FPV (First Person View) tipli dronlarla mübarizə aparmaq üçün nəzərdə tutulub.

Bildirilib ki, KRET-in tərkibindəki “Kvant” elmi-istehsalat müəssisəsinin mütəxəssisləri tərəfindən 2023-cü ilin avqust ayında inkişaf etdirilməyə başlanan “Qroza.04.K” antidron sisteminin ilk partiyası həmin ilin payızında Rusiya Ordusuna təhvil verilib.

CATEGORIES
TAGS