Rusiyada yeni BAS-200 PUA nümayiş olunub

Rusiyada yeni BAS-200 PUA nümayiş olunub

“Vertoletı Rossii” holdinqi Rusiyanın Soçi şəhərində keçirilən “Avrasiya bizim evimizdir” beynəlxalq sərgisində BAS-200 pilotsuz uçuş aparatını (PUA) nümayiş etdirib.

“Poliqon” “Rostex” Dövlət Korporasiyasına istinadən xəbər verir ki, hava platforması “Vertoletı Rossii”nin “Milli Helikopter Mühəndisliyi Mərkəzi” tərəfindən hazırlanıb.

Aviasiya vasitəsi yerüstü idarəetmə stansiyasından, yüklərin daşınması üçün nəqliyyat konteynerindən və PUA-dan ibarətdir. Kompleks baza stansiyasından 100 km-ə qədər məsafədə idarə olunur. Əgər lazım gələrsə, PUA-nın idarəetməsi stansiyadan stansiyaya ötürülə və bununla da maksimal uçuş məsafəsi 400 km-ə qədər artırıla bilər. Onun faydalı yüklə birlikdə havada qalma müddəti 4 saat təşkil edir.

BAS-200 ilə yüklərin daşınması, ərazi monitorinqinin, geoloji kəşfiyyatın, axtarış-xilasetmə əməliyyatlarının aparılması və digər tapşırıqların yerinə yetirilməsi mümkündür.

İstehsalçının bildirdiyinə görə, monitorinq və aerofotoqrafiya missiyalarını icra etmək üçün üzərində müxtəlif avadanlıqları daşıya bilən BAS-200 PUA-ya uçuşa yararlılıq sertifikatı 2022-ci ilin sonunda verilib.

Poliqon.az

CATEGORIES
TAGS