“Saab” şirkəti “Trackfire” silah stansiyasının tədarükü üçün sifariş alıb

“Saab” şirkəti “Trackfire” silah stansiyasının tədarükü üçün sifariş alıb

“Saab” şirkəti İsveçin Müdafiə Avadanlıqları Administrasiyası (FMV) tərəfindən “Trackfire” uzaqdan idarə olunan silah stansiyasının tədarükü üçün sifariş alıb.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, sifarişin dəyəri təxminən 1.5 milyard İsveç kronu (163 milyon ABŞ dollar) təşkil edir və tədarüklər 2026-2028-ci illər ərzində həyata keçiriləcək.

FMV-nin bu sifarişi İsveç Ordusu üçün nəzərdə tutulan və Silahlı Qüvvələrin gələcək amfibiya imkanlarının inkişafını hədəfləyən “Amfibiya Batalyonu 2030” layihəsi çərçivəsində həyata keçirilir.

“Trackfire”, tam stabilləşdirilmiş, uzaqdan idarə olunan iki silahlı stansiyadır. Gəmilərə, quru nəqliyyat vasitələrinə və ya stasionar müdafiə mövqelərinə quraşdırıla bilən bu silah stansiyası, hərəkət anında belə yüksək atəşk dəqiqliyi təmin edir. FMV-nin sifarişinə yeni “Trackfire ARES” (Aerial Response) də daxildir. Bu variant əsas silah kimi 30×113 mm M230LF “Bushmaster” topu ilə təchiz olunub və dronlara qarşı effektiv mübarizə (C-UAS) imkanları təqdim edir.

CATEGORIES
TAGS