
“Saab” və İsveç Silahlı Qüvvələri “Gripen” qırıcıları üçün texniki xidmət müqaviləsini uzadıb
“Saab” şirkəti və İsveç Silahlı Qüvvələri arasında “Gripen” C/D və E döyüş təyyarələrinə texniki xidmət və dəstəyin göstərilməsini nəzərdə tutan mövcud müqavilənin müddəti uzadılıb.
“Poliqon” “Saab”a istinadən xəbər verir ki, təqribən 4 milyard SEK (421 milyon ABŞ dolları) dəyərində olan yeni sifariş üzrə çatdırılmalar 2026-2027-ci illərdə həyata keçiriləcək.
Müqaviləyə texniki sistem dəstəyi, ehtiyat hissələri, təmir, təlim, həmçinin “Gripen”in uçuş əməliyyatları üçün tələb olunan əlavə xidmət və texniki qulluq işləri daxildir.