Serbiya Ordusu “Lazar 3” PDM-ləri alır

Serbiya Müdafiə Nazirliyi yeni piyada döyüş maşınlarının (PDM) tədarükünə dair yerli “Yuqoimport-SDPR” şirkəti ilə 3.7 milyard serb dinarı dəyərində müqavilə imzalayıb.
Bu barədə “Poliqon” Serbiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Müqaviləyə əsasən “Yuqoimport-SDPR” şirkəti Serbiya Ordusunu 8×8 təkər formuluna malik “Lazar 3” piyada döyüş maşınları ilə təmin edəcək.
Zirehli nəqliyyat vasitəsi ballistik təhdidlərə, eləcə də mina partlayışlarına qarşı yüksək mühafizə təmin edir. “Lazar 3” PDM-in heyət bölməsinin ballistik mühafizəsi STANAG 4569 Level 3, partlayışa qarşı qoruması STANAG 4569 Level 3a /3b səviyyəsinə cavab verir.
500 at gücündə “Cummins” ISM 500 mühərriki ilə təchiz olunan “Lazar 3”ün maksimal sürəti 110 km/saat təşkil edir.
Elşən Abdulkərimov




