Serbiya “Seneca V” aldı
Serbiyanın Müdafiə Nazirliyi ABŞ-ın “Piper Aircraft” şirkətindən çoxfunksiyalı “Seneca V” təyyarəsi alıb. AzeriDefence saytının məlumatına görə, şirkət təyyarəni Serbiyaya təhvil verilməzdən əvvəl üzərində Almaniyada tamamlanma işləri aparıb. Bu tamamlama prosesi zamanı təyyarə “Leica Geosystems ADS80” markalı rəqəmsal kamera ilə təchiz olunub. Bu kamera ilə təchizat 3,5 milyon dollar həcmində həyata keçirilən layihə çərçivəsində baş tutub. Həmin kamera Serbiyanın Hərbi Coğrafiya İnstitutu üçün aerofotoçəklişlər həyata keçirəcək.
Təyyarə eyni zamanda hərbi və mülki təyinatlı uçuşlar da həyata keçirəcək. Belə ki, təyyarə Serbiya HHQ ilə yanaşı sərnişin və yükdaşımalar da istifadə ediləcək.
“Seneca V” sürətini saatda 365 km-dən 1533 km sürətə qədər qaldıra bilir. Maksimum uçuş hündürlüyü isə 7,6 km-dir. Təyyarə “Continental Turbocharged TSIO-360-RB” modelli iki turbovintli mühərriklə təchiz edilib.